• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Makronun barda əyləncə görüntüləri Fransanı qəzəbləndirdi

DÜNYA

11 Mart 2023 | 00:31 | Müəllif: Subhan Mahmudov

Makronun barda əyləncə görüntüləri Fransanı qəzəbləndirdi

Fransa Prezidenti Emmanuel Makron ölkədə kütləvi tətillər getdiyi bir zamanda ölkəni tərk edərək Konqoya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Fransa vətəndaşları pensiya islahatını boykot edərkən Emmanuel Makronun barda əyləncə görüntüləri yayılıb. Etirazlar fonunda Makronun bar əyləncəsi fransalıları qəzəbləndirib.

Fransa sakinləri sosial şəbəkələrdə öz prezidentlərinə qarşı sərt ifadələr işlədiblər.

Qeyd edək ki, Makron rəsmi tədbirlərdən dərhal sonra bir musiqiçi, Konqonun rabitə naziri və başqa bir məmurun müşayiəti ilə barlardan birinə gedib. Görüntülərdə həmçinin Emmanuel Makronun spirtli içki qəbul etməsi də əks olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026