• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Blinken Nəhyanla Yaxın Şərqi müzakirə etdi

DÜNYA

09 Aprel 2023 | 22:20 | Müəllif: Subhan Mahmudov

Blinken Nəhyanla Yaxın Şərqi müzakirə etdi

ABŞ Dövlət katibi Entoni Blinken və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed ən-Nəhyan arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

"Dövlət katibi və Şeyx Abdullah ikitərəfli və beynəlxalq mövzuları müzakirə ediblər. Dövlət katibi Blinken dini bayramlarda regionda sülhə çağırışı edib, israillilərlə fələstinlilər arasında gərginliyin azaldılmasının vacibliyini vurğulayıb", - deyə açıqlamada deyilir.

Bildirilir ki, ABŞ regional təhlükəsizlik, sabitlik və rifahı necə inkişaf etdirməklə bağlı tərəfdaşları ilə yaxından məsləhətləşməyə davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026