• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İranın XİN rəhbəri bu gün Moskvaya gedəcək

DÜNYA

09 May 2023 | 19:18 | Müəllif: Subhan Mahmudov

İranın XİN rəhbəri bu gün Moskvaya gedəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyə ilə Suriya arasında münasibətlərin sabitləşdirilməsinə dair dördtərəfli danışıqlarda iştirak etmək üçün mayın 9-da Moskvaya gedəcək. 

Bakıvaxtı.az İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, XİN rəhbəri axşam saatlarında Moskvaya uçacaq. 

Qeyd olunur ki, iki ölkə arasında münasibətlərin normallaşması prosesi 2022-ci il dekabrın 28-də Moskvada Rusiya, Suriya və Türkiyənin hərbi idarələrinin rəhbərləri arasında məsləhətləşmələr aparıldıqdan sonra başlayıb. Görüş zamanı birgə üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026