Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Almaniyaya işgüzar səfərə gedib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, İrakli Qaribaşvili səfər çərçivəsində Almaniya Kansleri Olaf Şoltsla təkbətək görüş keçirəcək.
















