• Bakı 18° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

"Çin artıq gücdür" - Borrel

DÜNYA

08 Iyul 2023 | 14:31

"Çin artıq gücdür" - Borrel

"Biz Çinə dialoq təklif etməliyik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Dubrovnik Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

"Çinlə münasibətlər geosiyasi çətinlik ola bilər, amma Çin Rusiya deyil, bu iki ölkəni eyni səviyyəyə qoymayaq. Enerji sahəsində Rusiyadan asılılığımıza necə son qoymuşuqsa, Çinlə də eynisini etməli, asılılığı azaltmalıyıq. Lakin eyni zamanda biz dünyanı iki ekosistemə bölməkdən və qarşıdurmadan çəkinməliyik. Diqqətli olmalıyıq. Bizim Çindən rəqəmsal sahədə o qədər asılılığımız yoxdur, hansı ki, enerji sahəsində Rusiyadan asılılığımız vardı. Bu qeyd olunmalıdır. Ancaq hesab edirəm ki, biz Çinə əminlik hissi vermək üçün və eyni zamanda bu ölkədən müəyyən öhdəliklər almaq üçün Çinə dialoq təklif etməliyik. Məsələn, mən düşünürəm ki, biz güc kimi Çinin yüksəlişinə qarşı olmamalıyıq. Çünki o güc olacaq, o artıq gücdür. Əsas məsələ Çinin öz gücünü necə istifadə edəcəyidir ki, bu da daha inkişaf etdirilmiş və mürəkkəb yanaşma tələb edir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026