"Barbenheimer" variantı! koronavirus sürətlə yayılır
COVİD-19-un yeni variantı - “EG.5.1” (Eris) Böyük Britaniyada sürətlə yayılır.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ortaya çıxan yeni varianta yoluxma hallarının artmasında “Barbie” və “Oppenheimer” filmlərinin geniş tamaşaçı kütləsi ilə izlənilməsinin təsirli olduğu bildirilib.
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi koronavirusun yeni variantı kimi “EG.5.1”in ortaya çıxdığını elan edib.
COVİD-19-un Omikron variantına bənzəyən "EG.5.1"-in sıxlıq olan yerdə daha çox yayılır.
Mütəxəssislər iyulun 21-də "Barbie" və "Oppenheimer" filmlərinin nümayişindən sonra xəstəxanaya yerləşdirilmələrin artdığını və bunun insanların bağlı kinoteatrlara axını ilə bağlı ola biləcəyini bildiriblər.
Britaniya rəsmiləri "Eris" adlandırdıqları yeni variantın may ayında İngiltərəyə çatdıqdan sonra artıq 7 yeni yoluxma yaratdığını söyləyib.
Erisin İngiltərədəki bütün yoluxmaların, təxminən 15 faizini təşkil edən ikinci ən təsirli variant old
uğu da xüsusi vurğulanıb.
Ay Tac




jpg-1693993740.webp)









