• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“WhatsApp”da daha bir YENİLİK

DÜNYA

06 Sentyabr 2023 | 13:12

“WhatsApp”da daha bir YENİLİK

"WhatsApp" tərtibatçıları "Android"də interfeysin kütləvi şəkildə yenidən dizaynına hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, "WhatsApp"da yeni interfeys 2.23.13.16 beta versiyasında aşkarlanıb.

Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl "WhatsApp" yazısı görünəcək.

Messencerin yeni versiyasında "Söhbətlər", "Status" və "Zənglər" tabları aşağı naviqasiya panelinə köçürülüb və oraya "İcmalar" bölməsi əlavə edilib.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026