• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:150-dən çox insan...

DÜNYA

06 Oktyabr 2023 | 08:04 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyada sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:150-dən çox insan...

Sentyabrın əvvəlində Qaraçay-Çərkəzin (KÇR) Ust-Cequtinski rayonunda 150-dən çox insan, o cümlədən 121 uşaq kran suyundan zəhərlənib.

Bakıvaxtı.az  TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahının Müdafiəsi Sahəsində Nəzarət Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, Ust-Cequtinski rayonunun dörd yaşayış məntəqəsində kəskin bağırsaq infeksiyasının kütləvi xəstəliyi ilə bağlı epidemioloji araşdırma aparılıb.

Aparılan epidemioloji araşdırmalar zamanı 151 nəfərdə xəstəliyin səbəb-nəticə əlaqəsi müəyyən edilib, onlardan 126-sı 17 yaşadək uşaqlardır.

Zəhərlənmənin mənbəyinin Ust-Cequtinski su təchizatı sistemindən əhaliyə verilən içməli su olduğu müəyyənləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026