Rusiya Silahlı Qüvvələri Xarkova yenə hücuma hücum edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, Xarkov bu gün saat 7:00 radələrində hücuma məruz qalıb.
"Xarkov şəhəri atəş altındadır. Şəhərin mərkəzinə hücum barədə məlumat var", - deyə şəhər meri İqor Terekhov Telegram-da bildirib.
Əhaliyə hücumla bağlı xəbərdarlıq edilib. " Xarkov və bölgə sakinləri, sığınacaqlarda qalın", - deyə xəbərdarlıqda qeyd edilir.
Murad Məmmədli
















