• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

CHP-nin yeni lideri Özgür Özel kimdir? - DOSYE

DÜNYA

05 Noyabr 2023 | 09:11 | Müəllif: Subhan Mahmudov

CHP-nin yeni lideri Özgür Özel kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.

Bakıvaxtı.az partiyanın 8-ci başqanının avtobioqrafiyasını təqdim edir:

Manisa millət vəkili Özgür Özel 1974-cü ildə Manisada anadan olub. Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsili alan Özel 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb.

2001-2007-ci illər arasında əczaçı, 2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində mühasib işləyib. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 4 il sonra isə partiyanın deputat qrupunun sədri olub.

Yeni başqan alman və ingilis dillərini bilir, evlidir, bir övladı var.

Qeyd edək ki, 1923-cü ildə qurulmuş CHP Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından sonra ölkədə ikinci güclü partiyadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026