• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Müdafiə nazirinin müavinləri istefa verdi

DÜNYA

06 Sentyabr 2023 | 13:34

Müdafiə nazirinin müavinləri istefa verdi

Ukrayna müdafiə nazirinin üç müavini istefa verib.

Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Oleksiy Qonçarenko sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, müdafiə nazirinin müavini Vladimir Qavrilov, müdafiə nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşdırma üzrə müavini Vitali Deyneqa və müdafiə nazirinin Avropa inteqrasiyası üzrə müavini Andrey Şevçenko istefa verib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radası müdafiə naziri Oleksiy Reznikovun istefasını təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026