“Twitter”ın sahibi, milyarder İlon Mask “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqi plagiatda ittiham edərək onu “kərtənkələ” adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İ.Mask özünün sosial şəbəkədəki hesabında yazıb.
“Mən bu tətbiqə 44 milyard dollar xərcləmişəm, indi isə bu kərtənkələ onu kopiyalayıb istifadə etmək qərarına gəlib”, - deyə Mask paylaşımında yazıb.
“Qəfəsdə görüşənədək”, - deyə “Twitter” sahibi əlavə edib.
Qeyd edək ki, Mask bundan əvvəl “Threads” xidmətini işə saldığı üçün Zukerberqi fırıldaqçılıqda ittiham etmişdi. Onun: “Rəqabət yaxşıdır, fırıldaqçılıq yox”, - paylaşımı 14 milyondan çox baxış sayı toplayıb.















