• Bakı 14° C

    2.52 m/s

Kiyevə yeni uzaqmənzilli raketlər göndərə bilər

DÜNYA

07 Avqust 2023 | 15:50

Kiyevə yeni uzaqmənzilli raketlər göndərə bilər

Almaniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində “Taurus” uzaqmənzilli raketləri göndərə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının NATO Parlament Assambleyasındakı Daimi Nümayəndəliyinin sədri Yeqor Çernev “Facebook”da bildirib.

O qeyd edib ki, Bundestaqda təmsil olunan əsas fraksiyalar “Taurus” uzaqmənzilli raketlərinin Ukraynaya verilməsi ilə bağlı razılıq veriblər.

Əldə olunmuş konsensusun ciddi addım olduğunu vurğulayan deputat qeyd edib ki, indi hökumətin bu məsələyə rəsmi razılığı lazımdır.

Qeyd edək ki, haqqında sözügedən bu raketlər 500 kilometr məsafəni vurur və Krımın cənub sahilləri də daxil olmaqla Rusiya ordusu tərəfindən işğal olunmuş bütün əraziləri əhatə edir.

Xatırladaq ki, bu il may ayının sonunda Ukrayna Almaniya hökumətinə “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı müraciət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026