Sentyabrın 5-də Ukrayna Ali Radası 2021-ci il noyabrın 4-dən müdafiə naziri vəzifəsini icra edən Aleksiy Reznikovu vəzifəsindən azad edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, onun varisi, gözlənildiyi kimi, namizədliyini Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi Dövlət Əmlak Fondunun keçmiş sədri Rüstəm Umerov olub.
Bu gün parlament Umerovun nazir vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edib.
Təyinatı 338 xalq deputatı dəstəkləyib. Bir deputat bitərəf qalıb, heç kim əleyhinə səs verməyib. 21 deputat səsvermədə iştirak etməyib.
Murad Məmmədli








jpg-1696585558.webp)







