• Bakı 7° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yanğın söndürən helikopterlər toqquşdu - Ölənlər var

DÜNYA

07 Avqust 2023 | 15:36

Yanğın söndürən helikopterlər toqquşdu - Ölənlər var

ABŞ-nin Kaliforniya ştatında iki yanğınsöndürən helikopter toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kaliforniyanın Yanğından Mühafizə Xidmətinin cənub bölgəsi üzrə rəisi David Fulçer mətbuat konfransında məlumat verib.

"Birinci helikopter yaxınlıqda təhlükəsiz eniş edə bilib. Əfsuslar olsun ki, ikinci helikopter qəzaya uğrayıb və içərisindəki hər 3 əməkdaş faciəvi şəkildə həlak olub", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, həlak olanlar pilot, Yanğından Mühafizə Xidmətinin şöbə rəisi və kapitanı olub.

Yanğının söndürülməsində ümumilikdə 6 helikopterin iştirak etdiyi deyilir.

D.Fulçer qəzanın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılacağını əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026