ABŞ Ukraynaya ümumi dəyəri 1,2 milyard dollar olan yeni hərbi yardım paketi təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında dərc olunmuş məlumatda deyilib.
Kiyev üçün yeni hərbi yardım paketinin siyahısına əlavə hava hücumundan müdafiə vasitələri, döyüş sursatları, raketlər və radarların Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıqlar, PUA-lara qarşı döyüş sursatları, həmçinin 155 mm-lik artilleriya mərmiləri və s. daxildir.















