• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Putinlə Məhəmməd Bin Salman arasında telefon danışığı olub

DÜNYA

08 Iyun 2023 | 16:26

Putinlə Məhəmməd Bin Salman arasında telefon danışığı olub

Səudiyyə Ərəbistanının baş naziri vəliəhd şahzadə Məhəmməd Bin Salmanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər qeyri-OPEC çərçivəsində əməkdaşlıq səviyyəsini qiymətləndiriblər.

Kremldən bildirilıib ki, Rusiya prezidentinin dünənki telefon danışığında verdiyi açıqlamada iki liderin dünya enerji bazarında sabitliyin təmin edilməsi məsələsini ətraflı müzakirə etdiyi vurğulanıb.

Digər tərəfdən, ABŞ dövlət katibi Antoni Blinken də dünəndən etibarən Səudiyyə Ərəbistanı ilə təmaslarına başlayıb. Səudiyyə Ərəbistanının baş naziri vəliəhd şahzadə Məhəmməd Bin Salman ilə görüşən Blinken iki ölkənin qurduğu koalisiyadan sonra Yəməndə sülhün əldə edildiyini ifadə edərək, “Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla görüşdük və regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz terrorizmə qarşı birgə işləmək və Yəməndə davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləmək qərarına gəldik” deyib.

Ay Tac


SON XƏBƏRLƏR