• Bakı 10° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Prezident maaşını Türkiyəyə bağışlayacaq

DÜNYA

09 Fevral 2023 | 10:31

Prezident maaşını Türkiyəyə bağışlayacaq

Tayvan prezidenti Tsai İnq-ven və vitse-prezident Uilyam Lai aylıq maaşlarını Türkiyəyə bağışlayacaqlarını bildiriblər.

Bakıvaxtı.az  BBC-yə istinadən xəbər verir ki, bu, zəlzələdən zərərçəkənlərə maddi yardım olaraq veriləcək.  

"Tayvan Türkiyəyə ölkənin yenidən qurulmasına kömək etmək üçün üzərinə düşəni etməyə hazırdır", -  deyə bəyanatda deyilir.  

Tayvan daha əvvəl Türkiyəyə 2 milyon dollar yardım  və axtarış-xilasetmə işləri üçün iki qrup göndərib. Tayvan komandasının rəhbəri Huanq Po Çun xatırladıb ki, 1999-cu ildə Tayvanda baş verən zəlzələdən sonra Türkiyədən onlara kömək etmək üçün komandalar gəlib.

Çun Türkiyəyə göstərdikləri köməyə görə təşəkkür edərək, “İndi gəldik. 1999-cu ilin təşəkkürü olaraq buradayıq. Axtarış-xilasetmə işlərini türk qrupları sayəsində öyrəndik”., - deyə vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026