• Bakı 17° C

    2.11 m/s

Qasırğa 14 can aldı

DÜNYA

10 Yanvar 2023 | 17:41

Qasırğa 14 can aldı

ABŞ-ın Kaliforniya ştatında güclü qasırğa və daşqınlar nəticəsində 14 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kaliforniya Qubernatorunun Təcili Xidmətləri məlumat yayıb.

Bildirlir ki, Santa-Kruzda leysan yağışlar nəticəsində baş verən sürüşmə səbəbindən magistralın hər iki istiqamətdə nəqliyyat üçün bağlandığı bir vaxtda çayın üzərindəki magistral körpünün də dağıldığı öyrənilib. Ventura çayının daşması nəticəsində köməksiz vəziyyətdə qalan 18 nəfərin xilas edildiyi bildirilib.

Kaliforniya qubernatoru Gavin Newsom şiddətli külək və yağışların təhlükəli təsirini davam etdirdiyini bildirib və ictimaiyyəti diqqətli olmağa çağırıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026