ABŞ Müdafiə Nazirliyi və kəşfiyyat rəsmiləri informasiya təhlükəsizliyi və texnoloji sızmalardan qorxaraq İsrail Hərbi Hava Qüvvələrinin xarici vətəndaşlığı olan pilotlarına F-35 təyyarələrindən istifadə etməyi qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat İsrail mətbuatında yer alıb.
Qeyd olunur ki, ABŞ-ın bu addımı dövlət maraqlarının qorunması və informasiya təhlükəsizliyinə artan önəmlə bağlıdır.
İsrail hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Nuranə Daxilqızı
















