• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Britaniya Ukraynaya yeni raketlər göndərəcək

DÜNYA

13 Oktyabr 2022 | 10:13

Britaniya Ukraynaya yeni raketlər göndərəcək

Böyük Britaniya Rusiyanın Kiyev və digər şəhərlərə raket zərbələri endirməsi fonunda Ukraynaya qanadlı raketləri vurmaq imkanına malik Hava Hücumundan Müdafiə (HHM) sistemləri bağışlayacaq.

Bakıvaxtı.az  “Reuters“ə istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uollas NATO-nun Brüsseldə keçiriləcək iclası ərəfəsində ölkəsinin Ukraynaya növbəti hərbi yardım paketini bəyan edib.

Ben Uollas qarşıdakı həftələrdə Ukraynaya AMRAAM HHM sistemlərinin tədarük ediləcəyini açıqlayıb. O, bu sistemlərin ABŞ-ın göndərəcəyi NASAMS ilə birlikdə istifadə edilə biləcəyini qeyd edib.

Nazir Ukraynaya əlavə olaraq yüzlərlə HHM və digər növ raketlər və dronlar, həmçinin 18 haubitsa bağışlanacağını da vuğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026