İran məhkəməsi Tehran vilayətində etirazçılardan biri barəsində ilkin ölüm hökmü çıxarıb.
Bakıvaxtı.az-ın məlumatına görə, saxlanılan şəxs hökumət binasını yandırmaqda və kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunub.
Bundan əlavə, dincliyi pozmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə təqsirləndirilən digər etirazçılara qarşı 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 5 məhkəmə qərarı çıxarılıb.
Bildirlib ki, bu hökmlər ilkin hökmdür və onlardan apellyasiya məhkəməsinə şikayət verilə bilər.














jpeg-1670934805.webp)

