İslamabad Ali Məhkəməsi korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xanı zaminə buraxıb.
Bakıvaxtı.az-ın məlumatına görə, siyasətçi bir milyon rupi (təxminən 3,6 min dollar) girov ödəməlidir. Lakin bundan sonra Xan həbsxanadan çıxmayacaq. Belə ki, o, dövlət sirri haqqında qanunu və islami nikah normalarını pozduğuna görə cəzasını çəkməyə davam edəcək.
Xatırladaq ki, Xan birinci iş üzrə 10, ikinci iş üzrə isə yeddi il müddətinə azadlıqdan məhrum edib.