• Bakı 11° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu - FOTO/VİDEO

CƏMİYYƏT

16 Mart 2025 | 19:24

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Matviyenko ilə görüşüb. 

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı, xüsusilə də mədəni-humanitar əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Moskvada ümummilli lider Heydər Əliyevin abidəsinin təməl daşının qoyulmasını yüksək qiymətləndirərək, bu addımın Azərbaycan-Rusiya dostluğunun daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.

Görüş zamanı həmçinin humanitar layihələr, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

 


SON XƏBƏRLƏR

30 Aprel 2025