• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTO

CƏMİYYƏT

11 Aprel 2023 | 23:53 | Müəllif: Subhan Mahmudov

Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTO

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin 11-də Xəzər rayonunda iftar süfrəsi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Qurandan ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb.

Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Emil Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, aztəminatlı ailələrin üzvlərinə, qazilərə diqqət və qayğısından danışıb, minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu qəbildən olan şəxslər daim Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Belə tədbirlərin təşkili də məhz bu diqqət və qayğının, mənəvi dəstəyin bir ifadəsidir.


Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTOMehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTOMehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTOMehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTOMehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTOMehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTOMehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTOMehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026