• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şuşada ilk dəfə “Natəvan” operası təqdim olundu

CƏMİYYƏT

11 May 2023 | 19:09 | Müəllif: Subhan Mahmudov

Şuşada ilk dəfə “Natəvan” operası təqdim olundu

Şuşada, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günündə Vasif Adıgözəlovun “Natəvan” operası təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, Cıdır düzündə ilk dəfə nümayiş olunan əsər Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə işıq tutur.

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb, dirijor isə Xalq artisti, opera müəllifinin oğlu Yalçın Adığözəlov olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026