• Bakı 18° C

    7.15 m/s

Məktəblərdə ilkin tibbi yardım niyə öyrədilmir? - AÇIQLAMA

CƏMİYYƏT

13 Fevral 2023 | 12:41 | Müəllif: Qalib İbrahimoğlu

Məktəblərdə ilkin tibbi yardım niyə öyrədilmir? - AÇIQLAMA

Son illər baş verən müharibə və təbii fəlakətlər nəticəsində anladıq ki, uşaqdan böyüyə hər kəsin ilkin tibbi yardımı bilməsi çox vacibdir. Bu isə birinci növbədə orta məktəblərdə öyrədilməlidir.

Ancaq, təəssüf ki, Azərbaycanda heç bir məktəbdə şagirdlərə ilkin tibbi yardım öyrədilmir. Məktəb vaxtından öyrədilmədiyi üçün də əksəriyyətimiz hər hansı situaaiya ilə üzləşəndə həkim gələnə qədər necə müdaxilə etməli olduğumuzu bilmirik.

Təhsilin idarə edilməsi üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ilkin tibbi yardım həyat qurtarır: “Bunun bir aksiom olduğunu deyə bilərik. Çünki nəticə etibarilə başına hansısa hadisə gəlmiş uşağa müdaxilə olunarsa, həyatı qurtarıla bilər. Müdaxilə olunmaz və ya səhv müdaxilə olunarsa, həmin insanın həyatı sonlana bilər. Ona görə də, müxtəlif üsullarda ilkin tibbi yardım məsələsi Azərbaycanda təhsilin məzmununa daxil edilməlidir”.

Onun sözlərinə görə, bu, “Həyat bilgisi” və ya “Biologiya” dərslərində müəyyən uyğun bölmələrdə nizamlı və intizamlı formada şagirdlərə öyrədilməlidir.

Ekspert qeyd edib ki, Azərbaycan Elm və Təhsil Nazirliyinin VI Qrat Müsabiqəsində belə bir qalib layihə var idi: “Əslində, həmin layihə tam da bu məsələyə fokslanmışdı. Həkim gələnə qədər xəstəyə necə müdacilə edilməsi ilə bağlı video təlimatlar hazırlandı, şagirdlər üzərində similiyasiyalar aparıldı və geniş şəkildə cəmiyyətə təqdim olundu. Məsələn, həmin videolar məktəblərdə geniş auditoriyada izlənilsə, düşünürəm ki, şagird və müəllimlər bir çox yeni şey öyrənmiş olarlar. Çünki həmin məzmunlarda artıq mütəxəssislər tərəfindən ilkin tibbi yardımın forması öyrədilmişdi. Sadəcə belə təşəbbüsləri yaxşı PR etmək və daha yaxşı yaymaq lazımdır ki, insanların xəbəri olsun. Ehtimal ki, dövlətin layihələşdirdiyi layihə belə insanlara gedib çatmadı”.

Qoş.qar Məhərrəmova görə, bunu hansısa formada geniş yaymaq lazımdır ki, insanlar faydalana bilsinlər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR