• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şəhriyarın xatirəsinə həsr olunmuş internet saytı yaradıldı

CƏMİYYƏT

15 Mart 2023 | 12:10 | Müəllif: Qalib İbrahimoğlu

Şəhriyarın xatirəsinə həsr olunmuş internet saytı yaradıldı

Azərbaycanda Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş internet saytı yaradılıb.

Bu barədə Bakıvaxtı.az-a layihənin rəhbəri, jurnalist Fərid Azəri məlumat verib.

Onun sözlərinə görə, 10 illik araşdırmanın nəticəsi olan sayt Azərbaycan, ingilis və fars dillərində fəaliyyət göstərəcək. İnternet resursunda dahi şairin fotoşəkilləri, əlyazmaları, kitablarının elektron versiyaları, söylədiyi şeirlərin, o cümlədən müsahibələrinin səs yazıları, eləcə də İran və Türk əsilli alimlərin Şəhriyar yaradıcılığına həsr olunan elmi əsərləri toplanacaq.

Saytın videomaterialları arasında həmçinin Türkiyə və İran televiziyalarında vaxtaşırı şairin xatirəsinə ithaf edilən verilişlər də yer alıb.

Layihə rəhbəri əlavə edib ki, yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək saytdan Şəhriyarsevərlərlə yanaşı, həm də onun həyat və yaradıcılığını araşdıran elm adamları da faydalana biləcək.

Qeyd edək ki, "NEYMAN ENTERPRISE TECHNOLOGIES" şirkəti tərəfindən hazırlanan saytın maliyyə dəstəyini "PALMALI" şirkətlər qrupu üzərinə götürüb.

Layihənin koordinatoru isə jurnalist Teymur Bayramovdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026