"Qoç Ət" Kəndli Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Statistika Komitəsi "Qoç Ət" barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cü maddəsi əsasında protokol tərtib edərək işi Binəqədi Rayon Məhkəməsinə göndərib.
Bu maddə statistik məlumatların verilməsi qaydalarının pozulması bağlıdır.
Belə ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Elçin Ağayevin sədrliyilə araşdırılacaq.
İbRa
















