• Bakı 15° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Məktəblərdə yayılan bu sənəd etiraz doğurdu - FOTO

CƏMİYYƏT

05 Noyabr 2025 | 14:44

Məktəblərdə yayılan bu sənəd etiraz doğurdu - FOTO

Son vaxtlar bir çox məktəblərdə valideynlərdən “İltizam” adlı sənədi imzalamaq tələb olunur.

Bakıvaxtı.az bildirir ki, sənədə əsasən, valideynlər övladlarının məktəbdəki davranış və nizam-intizam qaydalarına əməl etməsinə görə tam məsuliyyəti üzərlərinə götürürlər. Sənəddə geyim forması, dərsə davamiyyət, məktəb əmlakına zərər vurmaq, dərsdən qaçma, həmçinin pedaqoji heyətə qarşı hörmətsizlik kimi hallara görə valideynin məsuliyyət daşıdığı qeyd olunur.

Hətta bəzi hallarda məktəbin rəhbərliyinin uşağa qarşı qəbul etdiyi qərarlara valideynin etiraz etməyəcəyi bəndi də yer alır. Bu praktika validenylər arasında ciddi müzakirələrə səbəb olub.

Bəziləri sənədi məktəbdə intizamın qorunması üçün zəruri hesab etsə də, digərləri bunun hüquqi əsasının olmadığını və valideynlərin təzyiq altında imza atmağa məcbur qaldığını bildirir. Bu suallar ətrafında müzakirələr davam edir./sfera


SON XƏBƏRLƏR