• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Məktəblərdə yoluxma sayı artacaq” xəbərinə ekspertdən REAKSİYA

CƏMİYYƏT

02 Oktyabr 2021 | 22:04 | Müəllif: Subhan Mahmudov

“Məktəblərdə yoluxma sayı artacaq” xəbərinə ekspertdən REAKSİYA

Bu gün təhsil eksperti Kamran Əsədov adından yayılan saxta xəbərlər valideynlər arasında narahatlığa səbəb olub. Belə ki, bəzi səhifələr ekspertin keçən il dediyi sözləri bu il deyibmiş kimi paylaşıb. 

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, haqqında çıxan xəbərlər saxtadır:

“Əziz dostlar, həmkarlar. Çox  təəssüflər olsun ki, bəzi sosial şəbəkələrdə keçən ilə aid olan fikir təzə xəbər kimi təqdim edilir. 

Bəli, bu fikirləri 2020-ci ilin sentyabrında demişdim və bu baş verdi.

Bu il isə, 2021-ci ildə epidemioloji vəziyyət yaxşıdır, məktəb və universitetlər tam nəzarətdədir, vaksinasiya prosesi yüksək səviyyədə təşkil olunub. 

Dezinfeksiya tədbirləri gücləndirilib, insanlar qaydalara riayət edirlər. 

Çox təəssüflər olsun ki, profilim 27 sentyabrda Vətən Müharibəsinin anım günü ermənilər tərəfindən şikayət edilərək bir müddətlik bloklanıb. 

Bunu fürsət bilənlər adımdan istifadə edərək həqiqəti əks etdirməyən fikirlər paylaşırlar. 

Bir daha qeyd edirəm ki, bu informasiya həqiqəti əks etdirmir və mənim tərəfimdən bu il ifadə olunmayıb. 

Zəhmət olmasa maksimum bunu paylaşaq ki, insanlar narahat olmasın. 

Tədris ili yüksək səviyyədə başlayıb, hər şey qaydasındadır, şagird və tələbələrin, müəllimlərin əhval-ruhiyyəsi yaxşıdır. Kimilərisə bu mənzərə narahat edir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026