• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

14 yaşlı qıza nişan mərasimi keçirildi - DİN-dən AÇIQLAMA

CƏMİYYƏT

01 Noyabr 2021 | 18:20 | Müəllif: Subhan Mahmudov

14 yaşlı qıza nişan mərasimi keçirildi - DİN-dən AÇIQLAMA

Azərbaycanda 2021-ci ilin iyul ayında 14 yaşında qıza nişan mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, hadisə Salyan rayonu Şorsulu kəndində baş verib.

Belə ki, V.İsmayılov adına Şorsulu kənd məktəbinin 8-ci sinif şagirdinə ailəsi tərəfindən nişan mərasimi keçirilib və o təhsildən uzaqlaşdırılıb.

Qeyd edilib ki, 14 yaşlı qızın gələn ilin ilk aylarında toyu nəzərdə tutulub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, iddialar nəzarətə götürülüb:

“Salyan Rayon Polis Şöbəsi tərəfindən bütün müvafiq tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb. Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub, dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR