• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.8282

    RUB - 0.0265

“Ordu, şəhid, qazi mövzusu siyasi məqsədlər üçün istifadə edilə bilməz”- Hərbi ekspert

CƏMİYYƏT

01 Dekabr 2021 | 17:07

“Ordu, şəhid, qazi mövzusu siyasi məqsədlər üçün istifadə edilə bilməz”- Hərbi ekspert

Dünən saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo¬nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Bu hadisə bütün Azərbaycan xalqını sarsıtdı. Əlavə olaraq cəmiyyətdə, xüsusilə də, sosial şəbəkələrdə hadisə ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Belə ki, bir çox insan hadisənin qəza olduğuna inanmır, başqa səbəblər olduğunu iddia edir.

Bəs cəmiyyətin bu cür davranışı başadüşüləndir?

Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a danışıb:

"Helikopter qəzasının hamımıza pis təsir etdiyinin deyən E.Həsənlinin sözlərinə görə, döyüşdəşəhid olmaqla təlimdəşəhid olmaq başqadır: “Son dövrlər Azərbaycan ordusu, silahlı qüvvələrimiz güclənir, ən müasir silah-sursatlar alınır. Ali Baş Komandan ordumuzun güclü olması, ən müasir texnikalarla təmin olunması üçün hər şey edir. Təəssüflər olsun ki, bir qrup bilməyərəkdən, ürəyi yanaraq bu məsələlərə münasibət bildirir, bir qrup isə bu məsələlərdən siyasi məqsəd güdür. Sanki hansısa bir problemin, hadisənin olmağını gözləyirlər ki, bunu ordumuza qarşı istifadə etsinlər. Ordudan siyasi məqsədlər üçün istifadə etmək olmaz. Ordu, şəhid, qazi mövzusu siyasi məqsədlər üçün istifadə edilə bilməz. Bu, nə iqtidarın, nə də müxalifətindir, ordu xalqımızı, dövlətimizi, hamımızı qoruyur. Tənqidlər əsaslı faktlara söykənərək olmalıdır. Ümumilikdə, bu cür fikirlər silahlı qüvvələrimizin imicinə təsir edir”.

Müsahibimiz bildirib ki,  dövlət, Baş Prokurorluq bu məsələləri araşdırır, aidiyyatı qurumlar üzərə komissiya istintaq qrupu işləyir: “Bu məsələ üzrə iş davam edir və qısa bir zamanda səbəblər tam araşdırılaraq ictimaiyyətə geniş açıqlama veriləcək. Hadisə olan gün DSX-nin rəisi general-polkovnik Elçin Quliyev ictimaiyyəti məlumatlandırdı. Helikopterin köhnə olması ilə bağlı fikirlər əsassısdır, Azərbaycan Silahlı Qüvvələrində son model təyyarələr və helikopterlərdən istifadə edilir. Onlar hər uçuşdan öncə dəfələrlə yoxlanılır. Bu cür hadisələr dünyanın ən qabaqcıl ölkələrində də olur. Heç kim bu cür hadisələrdən sığortalanmayıb”.

E. Həsənlinin sözlərinə görə, belə hadisələr zamanı ictimaiyyətlə sürətli işləmənilməlidir: “İndi informasiya əsridir. Əvvəllər həftədə bir xəbər yayılırdısa, indi hər saniyə məlumat yayılır. Ona görə də, yaxşı haldır ki, rəsmi qurumlar bu cür hadisələrdə cəmiyyət üçün operativ məlumatlar verir. Biz, hardasa, rəsmi qurumları da başa düşürük. İlkin olaraq hadisənin səbəbləri araşdırılıb sonra cəmiyyətə məlumat verilməlidir. Şəhidlərin adı açıqlanmadan öncəşəhid ailələri ona hazırlanmalıdır.  Düşünün, kimsəən yaxının adını internetdə görür və ilkin məlumatı onda alır. Həmin insan ətrafdakılara problem yarada, özünə qəsd edə bilər. Bu, sıradan bir hadisə deyil. Ona görə də, bu cür hadisələr olanda lazımi dövlət orqanları hər zaman şəhid ailələrini məlumatlandırır”.

Ekspretin dediyinə görə, o ailələr bu məlumatı internetdən almamalıdır: “Cəmiyyət isə dərhal siyahının paylaşılmasını, məlumatın verilməsini gözləyir. Ancaq, bəli, ilkin məlumat verilməli, şəhid ailələri xəəbərdar olduqdan sonra siyahı açıqlanmalıdır. Bu proses də mümkün qədər tez olmalıdır. Cəmiyyətin istəyi başadüşüləndir, rəsmi qurumların özünün də işi var. Bu cür məsələlərdə olduqca həssas olmaq lazımdır. Biz rəsmi qurumlarımıza güvənməliyik. Rəsmi qurumlar da cəmiyyətlə işini artırmalıdır”.

 Aytac Aslan


SON XƏBƏRLƏR

28 May 2022