• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tərtərdə oğurluq edən şəxslər saxlanıldı

CƏMİYYƏT

01 Dekabr 2021 | 15:17 | Müəllif: Subhan Mahmudov

Tərtərdə oğurluq edən şəxslər saxlanıldı

Tərtər rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakinləri Çingiz Əliyev, Yadigar Rzayev və Nicat Cabbarov saxlanılıblar. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq fərdi yaşayış evindən təmir-tikinti alətləri və məişət əşyaları oğurladıqları müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR