• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu gecə metro bir saat artıq işləyəcək

CƏMİYYƏT

31 Dekabr 2021 | 12:31 | Müəllif: Qalib İbrahimoğlu

Bu gecə metro bir saat artıq işləyəcək

Dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və bayram gəzintisi nəzərə alınaraq, metropoliten stansiyaları 2022-ci il yanvar ayının 1-nə keçən gecə saat 01:00-a kimi sərnişinlərin girişinə açıq olacaq.

Bu barədə Bakıvaxtı.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Xəbərə görə, bayramlarla əlaqədar dekabr ayının 29-dan Bakı metropolitenində gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib. Şəhər mərkəzi və kütləvi bayram tədbirlərinin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub. Zəruri hallar üçün nəzərdə tutulan ehtiyat qatarların xəttə çıxması diqqətdə saxlanılır. Bu tədbirlər yanvar ayının 2-dək davam etdiriləcək.

“Bakı Metropoliteni” QSC bayram günlərində hər kəsin xoş ovqatlı anlar keçirməsi, neqativ hallara yol verilməməsi və fəsadların yaşanmaması üçün hər bir sərnişinin həmrəylik nümayiş etdirərək, metropolitendə istifadə qaydalarına və ictimai asayiş tələblərinə ciddi riayət edilməsini rica edir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026