• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

FHN 10 manatlıq şirkətlərə 356 min manatlıq tender verib 

CƏMİYYƏT

01 Dekabr 2021 | 17:16

FHN 10 manatlıq şirkətlərə 356 min manatlıq tender verib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 10 manat nizamnamə kapitalı olan şirkətləri keçirdiyi açıq tenderlərdə qalib elan edib.

Bakıvaxtı.az xəbər verir ki, tenderlərdən biri dərman, sarğı ləvazimatları və xüsusi lisenziyalı preparatların satın alınması ilə əlaqədar olub. Bu tenderdə qalib gələn “GOLD HANDS MED” Məhdud Məsuliyyətli Cəmiyyətinə FHN 214053.96 manat ödəyəcək.

Digər tender isə 1 ədəd yanğınsöndürmə üçün xüsusi köpük əmələ gətirən mayenin satın alınması ilə əlaqədar olub. Bu tenderdə qalib gələn “MARZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə FHN 142780 manat ödəyəcək.

Qeyd edək ki, həm “GOLD HANDS MED” MMC-nin, həm də “MARZ” MMC-nin nizamnamə kapitalı 10 manatdır. 

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026