• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Meliorasiya və baytarlıq tədbirlərinə 709 milyon manat ayrılacaq

İQTİSADİYYAT

19 Noyabr 2025 | 12:23

Meliorasiya və baytarlıq tədbirlərinə 709 milyon manat ayrılacaq

2026-cı ilin büdcəsində aqrar sektora ayrılacaq vəsaitin 40 %-i – 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, vəsaitin 18 %-i və ya 219 milyon manatı baytarlıq və digər kənd təsərrüfatı tədbirlərinə sərf olunacaq.

Nazir qeyd edib ki, gələn il aqrar sektora ayrılmalar proqnozlaşdırılan aqrar ÜDM-in 15 %-nə çatacaq və subsidiyalar, kənd təsərrüfatı texnikası, avadanlıqlar, eləcə də suvarma sistemləri üzrə güzəştlər diqqət mərkəzində olacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Noyabr 2025