• Bakı 11° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

"Meliorasiya və Su Təsərrüfatı” yenə bu şirkəti qalib elan etdi

CƏMİYYƏT

10 Iyun 2023 | 13:02

Meliorasiya və Su Təsərrüfatı” yenə bu şirkəti qalib elan etdi

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Ağdam mexaniki suvarma idarəsi “Subartezian quyularının cari təmiri üçün ehtiyat hissələrinin satın alınması” üzrə tenderin nəticəsini açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “ART-PROJE” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
Qalib şirkətlə 282 min 943 manat dəyərində müqavilə imzalanıb. 

Qeyd edək ki, “ART-PROJE” şirkəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin tenderlərində ən çox qalib gələn şirkətlərdən biridir. 

1 milyon 370 min nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Əliyev Əkram Musa oğludur. 

Ramid İbrahimov 


SON XƏBƏRLƏR