• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sumqayıtda əl qumbarası tapıldı - VİDEO

CƏMİYYƏT

10 Iyul 2023 | 12:40

Sumqayıtda əl qumbarası tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Sumqayıtda əl qumbarası tapıldı - VİDEOSumqayıtda əl qumbarası tapıldı - VİDEOSumqayıtda əl qumbarası tapıldı - VİDEOSumqayıtda əl qumbarası tapıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR