• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda 10 manatı olan şirkət 3 ilə 22 milyon qazandı 

CƏMİYYƏT

09 Avqust 2023 | 12:04

Azərbaycanda 10 manatı olan şirkət 3 ilə 22 milyon qazandı

Bu gün iki yerli icra hakimiyyəti dövlət satınalmasının nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderlərin qalibi bir şirkət - "ƏRDAGI" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Sözügedən şirkətlə Masallı Rayon İcra Hakimiyyəti Masallı şəhərinin Səməd Vurğun küçəsində yerləşən Ş.İ.Xətai parkında abadlıq işlərinin satın alınmasına görə, 173 min 979 manat və Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi Qazax şəhərində abadlıq işlərinə görə, 994.994 manat dəyərində müqavilələr imzalayıb. 

Qeyd edək ki, bu şirkət əsasən yerli (şəhər, rayon) icra hakimiyyətlərinin tenderində iştirak edib. Belə ki, 2020-2023-cü illər iştirak etdiyi 36 dövlət satınalmasında ümumilikdə 22 milyon 278 manatdan çox vəsait əldə edib.  

10.60 manat nizamnamə kapitalı olan "ƏRDAGI" şirkətinin qanuni təmsilçi Məmmədov Nazim Fuad oğludur.  

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026