• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Polis özünü körpüdən atmaq istəyən qadını xilas etdi - VİDEO

CƏMİYYƏT

09 Avqust 2023 | 11:34

Polis özünü körpüdən atmaq istəyən qadını xilas etdi - VİDEO

Lənkəranda 23 yaşlı qadın özünü körpüdən atmaq istəyib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Hirkan qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, qadın evli olub. O, ailədaxili problemlər səbəbindən özünü Ələt-Astara magistralının üstündən keçən körpüdən atmaq qərarına gəlib.

Ətrafdakı insanlar qadını fikrindən daşındırmağa çalışsalar da buna nail olmayıblar. Həmin vaxt yoldan keçən Lənkəran polis şöbəsinin əməkdaşının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb. Polis qəfil həmlə ilə qadını tutaraq xilas edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026