• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

CƏMİYYƏT

09 Avqust 2023 | 11:42

Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayının Qarayazı Dövlət Təbiət Qoruğunun ərazindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəsmisi Arzu Babayeva Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxsin Qazax rayon sakini Səlim Əmirxanov olduğu müəyyən edilib. 

“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026