“Hamı deyir Nəfəslə Vəfa oxuya bilmir. Amma hamı da onları toylarına dəvət edir. Bu qızlar ayın 30 günü toydadırlar”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə müğənni Manaf Ağayev qatıldığı maqazin proqramlarından birində deyib.
“İkisinin də xətrini çox istəyirəm. Bu saat onlardan çox, onlardan baha toya gedən müğənni yoxdur. Mən özüm zəng edib onların növbəsinə düşə bilmirəm. Həm bahadırlar, həm də aylar öncədən toyları danışılıb”, - deyə o əlavə edib. (lent.az)