• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məsciddə çalışmaq istəyənlərin NƏZƏRİNƏ - Nəticələr elan olundu

CƏMİYYƏT

12 Sentyabr 2023 | 17:55

Məsciddə çalışmaq istəyənlərin NƏZƏRİNƏ - Nəticələr elan olundu

İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vəzifələrinin tutulması üçün 12 sentyabr 2023-cü ildə keçirilmiş müsahibənin nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 42 namizəddən 9 nəfəri müsahibəni uğurla keçib, 2 nəfəri isə müsahibədə iştirak etməyib.

11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələdə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılır.

Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində isə qadın dini ayinlərin icraçısı seçimi baş tutub.

Qeyd edək ki, 3 may - 3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə komissiyası hər biri ilahiyyatçı olmaqla 7 nəfər üzvdən ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026