Bu gün Yasamal rayonu ərazisində Kənar Dairəvi yolda şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyət göstərən “Xaliq Faiqoğlu” MMC-yə məxsus avtobusun sürücüsü qəza törədib.
Bakıvaxtı.az xəbər verir ki, avtobus sürücüsü hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı maneəyə çırpılıb.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Bakıvaxtı.az-a bildirib ki, hadisə nəticəsində ölüm və xəsarət alan olmayıb. Dəyən ziyanla bağlı qiymətləndirmə aparılacaq.
“Xaliq Faiqoğlu” MMC-dən də Bakıvaxtı.az-a bildirilib ki, qəza zamanı avtobusda sərnişin olmayıb və hadisə nəticəsində sürücü xəsarət almayıb
Ramid İbrahimov
















