• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir və səfir birlikdə ağac əkdi - FOTOLAR

CƏMİYYƏT

11 Noyabr 2023 | 14:35 | Müəllif: Subhan Mahmudov

Nazir və səfir birlikdə ağac əkdi - FOTOLAR

11 noyabr 2023-cü il tarixində Azərbaycanda növbəti dəfə qardaş Türkiyənin başlatdığı ağacəkmə aksiyası təşkil olunub, ölkə ərazisində 11 min 111 ədəd ağac əkilib.

Bakıvaxtı.az xəbər verir ki, bu ildən 11 noyabr tarixi "Türk dövlətləri milli ağaclandırma günü“ kimi qeyd olunur və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrdə kütləvi ağacəkmə aksiyaları keçirilir.

Müşfiqabad qəsəbəsində təşkil olunan ağacəkmə tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi, Türkiyə, Qazaxıstan, Macarıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ölkəmizdəki səfirliklərinin rəhbər şəxsləri, Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri, həmçinin qonaq qismində Tacikistanın səfirlik  əməkdaşları,  tərəfdaş təşkilatlar və könüllülər iştirak edib. 

İrimiqyaslı ağacəkmə aksiyalarının keçirilməsi və yeni yaşıllıq sahələrinin salınması dünya dövlətlərinin, o cümlədən Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün qoşulduğu təşəbbüslərə dəstək və töhfədir.


Nazir və səfir birlikdə ağac əkdi - FOTOLARNazir və səfir birlikdə ağac əkdi - FOTOLARNazir və səfir birlikdə ağac əkdi - FOTOLARNazir və səfir birlikdə ağac əkdi - FOTOLARNazir və səfir birlikdə ağac əkdi - FOTOLARNazir və səfir birlikdə ağac əkdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026