"Mən dələduzluq halları, zərərçəkmişlər haqqında məlumat bölüşəndə, “yaxşı olub”, “əcəb olub”, “beləsinə o lazım idi” kimi yanaşmalar göstərməyin doğru olduğunu düşünmürəm".
Bakıvaxtı.az xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas deyib.
Texnobloqer bildirib ki, vətəndaşlarımızın hər biri rəqəmsal alətlərdən məlumatlı deyil: "Hər kəsin ali təhsili yoxdur. Dələduzların əsas hədəfləri yaşlı insanlar, rəqəmsal alətlərdən anlayışı olmayanlardır. İnsanlar ətrafından eşidir ki, kriptovalyutalarda yaxşı pul var, rəqəmsal işlərlə pul qazanmaq asanlaşıb və s. Buna görə də anlamadıqları sahədən pul qazanmaq istəyirlər".
"Elə faktlar var ki, təsəvvür edin bankda çalışan bir əməkdaşı öz çalışdığı bank adından zəng edib pullarını oğurlayıblar. Burada bizim üzərimizə düşən insanları maarifləndirməkdir, alçaltmaq və tədric etmək yox", - deyə F.Pərdəşünas qeyd edib.
Aytac Aslan







jpeg-1704873730.webp)








