• Bakı 16° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Saakaşvili sağalıb

CƏMİYYƏT

10 Yanvar 2024 | 12:24

Saakaşvili sağalıb

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti yaxşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həbsdə olan sabiq dövlət başçısının müalicə aldığı “Vivamedi” klinikasının tibbi direktoru Zurab Çxaidze ölkənin Birinci kanalına açıqlamasında bildirib.

“Pasiyentin vəziyyəti stabildir, mən onun durumunun yaxşılaşdığını deyə bilərəm. Hemodinamik göstəricilər, həmçinin tənəffüs parametrləri stabildir. Real pisləşmə yoxdur”,- həkim deyib.

Çxaidze sabiq Prezidentin qidalanmasının yaxşılaşdığını, lakin hələ də dietoloqların tövsiyə etdiyi vəziyyətə çatmadığını əlavə edib.

Qeyd edək ki, Mixeil Saakaşvili bu gün sağlamlıq vəziyyətini əsas külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham edildiyi “Pencək işi” ilə əlaqədar Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında iştirakdan imtina edib./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026