• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

7 Türkiyə vətəndaşı Ermənistanda qaçqın statusu aldı - DETALLAR

CƏMİYYƏT

09 Fevral 2024 | 11:30

7 Türkiyə vətəndaşı Ermənistanda qaçqın statusu aldı - DETALLAR

2023-cü ildə Ermənistanda 8761 nəfər yaşamaq icazəsi alıb, onlardan 3658-i MDB ölkələrinin, 266-sı isə Avropa İttifaqı ölkələrinin vətəndaşlarıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.

5073 nəfər müvəqqəti, 3274 nəfər daimi yaşamaq üçün, 414 nəfər isə xüsusi yaşamaq üçün icazə alıb.

Status alanlar arasında Rusiya və Hindistan vətəndaşları üstünlük təşkil edir - müvafiq olaraq 3350 və 2035 nəfər. Daimi yaşamaq üçün icazəni Rusiyadan 2137, Hindistandan isə 41 nəfər alıb.

2023-cü ilin ikinci yarısında Ermənistana sığınacaq üçün müxtəlif ölkələrin 370 vətəndaşı müraciət edib, onlardan 193-ü (14 ölkə vətəndaşı və 1 nəfər naməlum vətəndaş) qaçqın statusu alıb. Bu statusu alanların 94-ü Ukrayna, 28-i Haiti, 17-si İraq, 16-sı Suriya, 11-i İran, 7-si Türkiyə və 6-sı Yəmən vətəndaşlarıdır. Əksəriyyəti 35-64 yaş arasında olan şəxslərdir. Sığınacaq axtaranların əksəriyyəti İraq (109), Ukrayna (91), İran (57), Misir (42), Rusiya (13) və Türkiyə (9) vətəndaşları olub.

Həmin dövrdə 35 nəfərin qaçqın statusuna xitam verilməsi barədə qərar qəbul edilib. 187 nəfərin 98 sığınacaq müraciəti dayandırılıb və ya ləğv edilib.

 

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026