• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azad edilən ərazilərdə daha 171 mina aşkarlanıb

CƏMİYYƏT

11 Dekabr 2023 | 12:55

Azad edilən ərazilərdə daha 171 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (04.12.2023 - 10.12.2023) açıqlanıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 87 piyada əleyhinə mina, 84 tank əleyhinə mina, 340 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR